"Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Abdullah Zubirin Ağdam təmsilçisindəki gələcək taleyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı vinger bir neçə təklif alsa da, Azərbaycan təmsilçisində qalmaqda maraqlıdır.
O, Fransanın 2, Səudiyyə Ərəbistanının 1 klubu ilə danışıqlardan imtina edib. Hazırda "Qarabağ"ın idarəçiləri Abdullahla yeni müqavilənin detallarını razılaşdırır. Xüsusi nəsə baş verməsə, sözügedən oyunçu yeni 2 illik anlaşmaya imza atacaq.
Xatırladaq ki, "Qarabağ" Zubiri 2018-ci ildən "Lans"dan transfer edib.