Səudiyyə Ərəbistanı Pro Liqasının son çempionu "Əl-İttihad" XVII turda evdə "Əl-Nəsr"ə 2:5 hesabı ilə məğlub olub.
Fanat.Az "24 Kanal"a istinadən xəbər verir ki, biabırçı məğlubiyyətdən sonra yerli azarkeşlər ən çox Kərim Benzemanı tənqid atəşinə tutublar.
Onların fikrincə, astronomik (ildə 200 milyon avro) maaş alan fransalı forvard kifayət qədər səmərəli oynamır.
Kəskin tənqidlərə görə Benzema 76 milyondan çox izləyicisi olan "İnstagram" hesabını silib.
Xatırladaq ki, Kərim Benzema 2023-cü ilin iyununda "Əl-İttihad"a keçib . "Qızıl top"un qalibi "Real Madrid"dən azad agent kimi ayrılıb.
Mövsümün əvvəlindən Kərim bütün yarışlarda 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. “Əl-İttihad” hazırda çempionatda 6-cı yerdədir. Benzemanın komandası 18 matçda 28 xal toplayıb. Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” isə turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Mirağa