"Mançester Siti"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qrilişin evi qarət edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə dekabrın 27-də Premyer Liqanın 19-cu turunun "Everton" - "Mançester Siti" matçının gedişində (1:3) baş verib.
Futbolçunun on nəfərə yaxın qohumu isə evdə futbolçunu alqışlayarkən yuxarı mərtəbədə səs-küy və itlərin hürməsi eşidilib.
Sevgilisi Saşa Attvud, valideynləri, nənəsi, iki bacısı və qardaşı da daxil olmaqla, şoka düşən ailə dərhal Cekin Miladdan bir az əvvəl köçdüyü malikanəyə polis çağırıb. Polis girov vəziyyətdən qorxaraq hadisə yerinə helikopterlə gəlib və mülkdə havadan da axtarış aparılıb.
Güclü təhlükəsizliyə baxmayaraq, təcavüzkarlar içəri girərək 1 milyon funt-sterlinq dəyərində saat və zinət əşyaları ilə qaçıblar.
Ətrafda axtarışların aparıldığı, lakin şübhəlilərin izlərinə rast gəlinmədiyi qeyd edilir. Hazırda həbs olunanlar yoxdur və istintaq davam edir.
Mirağa