Dortmund "Borussiya"sının və Almaniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin futbolçusu Karim Adeyemi Nigeriya seçməsində oynamaq istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "soccernet.ng" belə çatdırıb:
"Əlbəttə, Nigeriya yığmasında oynamaq istəyərdim. Onların böyük keçmişi və əla futbolçuları var. Elə gələcəkləri də parlaq görünür. Atam oralıdır və ürəyi Nigeriyadadır. Mənim də həmçinin".
Almaniyanın U-21 yığmasında 4 oyuna çıxan Karim 1 məhsuldar ötürmə ilə yadda qalıb. 21 yaşlı futbolçu cari mövsüm "Borussiya" forması ilə bütün turnirlərdə 18 matç keçirərək 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.