Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı baş məşqçisini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, bu, "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardioladır.
52 yaşlı mütəxəssis 281 xalla bütün rəqiblərini qabaqlayıb. İspaniyanın "Real" klubundan Karlo Ançelotti (56) ikinci, İtaliya çempionu "Napoli"nin sabiq baş məşqçisi Luçano Spaletti üçüncü olub.
Qeyd edək ki, Xosep Qvardiola cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.