İngiltərənin qadın futbolçulardan ibarət millisinin sabiq üzvü Cemmu Uayzman müəmmalı şəkildə həyatla vidalaşıb.
Fanat.Az "Daily Mail" xəbər verir ki, 33 yaşlı qadının cəsədini dekabrın 16-da, Norviç yaxınlığındakı meşədən tapıblar.
Uayzmanın 3 yaşlı qızının olduğu bildirilib.
Xatırladaq ki, Cemmu 2016-cı ildə İtaliyada keçirilən eşitmə qüsurlu futbolçular arasında dünya çempionatının bürün medalını qazanıb.