"Real Madrid" rəhbərliyi baş məşqçi Karlo Ançelotti ilə müqavilə yenilənməsi ilə bağlı razılığa gəlib.
Fanat.Az "Kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı italiyalı müddəti 2026-cı ilin 30 iyun tarixinədək nəzərdə tutulan anlaşmaya qol çəkəcək.
Qeyd edək ki, 2021-ci ildən indiki postundadır. O, 2013-2015-ci illər aralığında da "Real"ı çalışdırıb.