"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasında VAR-ın tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Demək olar ki, hər dəfə eyni çatışmazlıqları görür və düşünürük: "Axı bu necə ola bilər?". "Arsenal"la oyunda iki qol... Daha nələr, nələr...
VAR-ı ləğv etmək? Yox, VAR-dan daha yaxşı faydalanmaq lazımdır".
Qeyd edək ki, 19 tura 42 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.