19:07 29.12.2023 576

Rüstəm Allahverdiyev “Neftçi” ilə vidalaşdı

“Neftçi” rəhbərliyində növbəti ayrılıq rəsmiləşib.

Fanat.Az xəbər verir ki, klubun kommersiya üzrə direktor Rüstəm Allahverdiyev vəzifəsini tərk edib.

O, bununla bağlı sosial şəbəkə hesabında bunları qeyd edib:

“Gəldik daha bir yolun sonuna. 2018-ci il mayın 2-də “Neftçi” PFK-ya dəvət olunanda, nə yalan deyim, düşünmüşdüm. Çünki bu klubda işləmək nə qədər şərəf olsa da, təklif olunan vəzifə çox çətin və məsuliyyətli idi. Üstəlik, həmin vaxt “Neftçi”dəki vəziyyət də ürəkaçan deyildi. Bir neçə gündən sonra qərarımı verdim və mayın 16-da işə başladım. Bu müddətdə “Neftçi” ilə çempionluq, sadalamaqla bitməyəcək acılı-sevincli, unudulmaz anlar yaşadım. Artıq “Neftçi” ilə çıxdığım bu dəfəki yol nöqtələnir…

Bu müddətdə iş olaraq qarşıma və qarşımıza qoyulan məqsədlərin hamısına çatmasaq da, çox işlər gördüyümüzü düşünürəm. Bunlar haqqında bu statusda nəsə yazmaq istəmirəm. Bunu klubla bağlılığı olan və olmayan bir çox insan bilir.

Ən əsası, “Neftçi”dən üzüağ ayrıldığımı düşünürəm. Bu müddətdə mənə dəstək verən, birlikdə işlədiyim iş yoldaşlarıma, futbolçulara, məşqçilərə, mediada çalışan həmkarlarıma, sözümə inanıb və güvənib “Neftçi”yə maddi və mənəvi dəstək olan tərəfdaşlara, ən əsası da hazırda klub işində ən uğurlu mütəxəssislərdən ibarət qoyub getdiyim komandamın üzvlərinə təşəkkür edirəm.
Hər şey üçün təşəkkürlər, “Neftçi”! Verdiklərinə və aldıqlarına görə sənə minnətdaram! Bilmək olmaz, qismətdə varsa, bəlkə də nə vaxtsa yenidən yolumuz kəsişəcək. Ancaq sənə olan hörmətim heç vaxt tükənməyəcək. Sən Azərbaycanın ən BÖYÜYÜSƏN. Yenidən zirvələrdə olmağını arzulayıram.

Əziz “Neftçi” azarkeşləri, Siz bu klubun onurğa sütunusunuz. Bu klubun sahibi Sizsiniz. Dünən uğur var idisə, bunun səbəbi siz idiniz. Bu gün uğur yoxdursa, bunun da səbəbi Sizsiniz. Bunu 6 ilə yaxın klubun içində olan biri kimi deyirəm. Əminəm ki, “Neftçi”ni həqiqətən sevən və dəstəkləyənlər tribunada olduqca bu klub yaşayacaq və yenidən uğura doğru istiqamət alacaq. Ola bilər ki, bundan sonrakı həyatımda peşəmdən dolayı Sizdən biri olmayım, ancaq onu bilin ki, ailəmdə Sizdən biri olan Renat adında tribuna yoldaşınız yetişir!
"Forza Neftçi!" deyərək Sizinlə sağollaşıram. 
Hər kəsə sevgilərlə!”

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

Facebookdan bizi izləməyi unutmayın.
X