"Çelsi"nin yarımmüdafiəçisi Yan Matsen karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Tim van Deyn sosial şəbəkə hesabında yayıb.
Mənbənin məlumatına görə, London nəhəngi qışda niderlandlı futbolçunu satacaq. Artıq Dortmund "Borussiya"sı 21 yaşlı futbolçunun transferi üçün "Çelsi" ilə rəsmi danışıqlara başlayıb. Ancaq söhbətin icarədən, yoxsa birdəfəlik transferdən getdiyi xəbər verilmir.
Yan Matsen bu mövsüm Maurisio Poçettinonun komandasında 15 oyun keçirib. Hücumda da oynamağı bacaran gənc cinah oyunçusu "Transfermarkt" tərəfindən 20 milyon avro dəyərində qiymətləndirilir.
Mirağa