Uruqvaylı veteran yarımmüdafiəçi Nikolas Lodeyro "Orlando Siti" klubuna keçəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, əvvəl "Settl Sanders"də oynayan Lodeyro Florida klubuna azad agent kimi keçir. Müqavilə bir mövsüm üçün etibarlıdır, sonradan anlaşmanın uzadılması mümkündür.
Xatırladaq ki, 2011-ci ildə, o zaman Niderlandın “Ayaks” klubunda çıxış edən Nikolas Lodeyro Uruqvay millisi ilə Amerika Kubokunun qalibi olub.
Mirağa