İtaliya A Seriyasının 18-ci turunda "Monza"ya qalib gələ bilməyən (0:0) "Napoli"nin prezidenti Aurelio De Laurentis komandanın uğursuz çıxışına görə məsuliyyəti üzərinə götürüb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano özünü günahlandıran neapolluların rəhbərinin dediklərini belə çatdırıb:
"Bu, yalnız mənim məsuliyyətimdir, mənim günahımdır. Oyunçular və məşqçilər bu mövsüm üçün məsuliyyət daşımırlar. Bir günahkar varsa, o da mənəm. Bu gün bura "Napoli" azarkeşlərindən üzr istəməyə gəldim. Yanvarda oyunçuları imzalamaqla vəziyyəti düzəldəcəyik".
Qeyd edək ki, son çempion "Napoli" hazırda 28 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. Neapollular liderdən 17 xal geri qalırlar.
Mirağa