İngiltərənin "Tottenhem" klubu qapıçısı Uqo Lyorislə vidalaşıb.
Fanat.Az Farnsa mətbuatına istinadən məlumatına görə, "zadəganlar" 37 yaşlı qolkiperin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Təcrübəli oyunçu karyerasını ABŞ-nin "Los-Anceles" komandasında davam etdirəcək.
2012-ci ildən "Tottenhem"də çıxış edən Lyorisin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutlmuşdu. O, 2018-ci ildə Fransa millisi ilə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. Sözügedən "çərçivə" qoruyucusu ilin əvvəlində milli karyerasını bitirdiyini açıqlamışdı.