AFFA rəhbərliyi həmişə "Sumqayıt"ın Premyer Liqada gənclərin hesabına oynadığını və təcrübəsiz futbolçulara təcrübə qazandırması ilə öyünüb. Amma deyəsən güclülər dəstəsində güzəşt hesabına qadan gənclik şəhəri təmsilçisinin vəziyyəti AFFA və klub rəhbərliyini bezdirib. Bunun nəticəsidi ki, "Sumqayıt"ın transfer siyasəti dəyişdirilib. Bu yay komandaya əvvəllər olduğu kimi gənclər yox, yaşlı oyunçular cəlb olunur.
Belə ki, "Sumqayıt" hələlik 4 transfer reallaşdırıb. Onlardan yalnız Tagim Novruzovun 25 yaşı var. Ruslan Poladov 34, Aqil Nəbiyev 31, Ramazan Abbasov isə 30 yaşanı qeyd edib. Üstəlik 36 yaşlı Samir Abbasovla 34 yaşlı Aleksandr Çertoqanov da komandada qalıb. Əvəzində klub 20-24 yaş aralığında 7 futbolçu ilə yollarını ayırmalı olub.
Bu isə avtomotik olaraq komandanın orta yaş həddini artırıb. Ötən mövsümün ikinci yarısında "Sumqayıt" 22,7 orta yaş həddi ilə Premyer Liqanın ən gənc komandası idi. İndi isə artıq yaşd həddi 24,3-ə çatıb. Qarşıdakı günlərdə bir neçə gənc futbolçunun getməsi və daha yaşlıların gəlməsi gözlənilir. Bu halda yaş həddi daha da artacaq.
"Sumqayıt"ın hazırkı heyəti
Samir Abbasov - 36 yaş
Aleksandr Çertoqanov - 34 yaş
Ruslan Poladov - 34 yaş
Aqil Nəbiyev - 31 yaş
Ramazan Abbasov - 30 yaş
Vurğun Hüseynov - 26 yaş
Pərdis Fərzad-Azad - 26 yaş
Nodar Məmmədov - 26 yaş
Tagim Novruzov - 25 yaş
Adil İbrahimov - 25 yaş
Şəhriyar Xəlilov - 22 yaş
Andrey Popoviç - 22 yaş
Məhəmməd Qurbanov - 22 yaş
Bəxtiyar Həsənəlizadə - 21 yaş
Aqşin Muxtaroğlu - 21 yaş
Ramil Mansurov - 20 yaş
Tərlan Əhmədli - 19 yaş
Şahruddin Məhəmmədəliyev - 19 yaş
Ruslan Nəsirli - 19 yaş
Bayram Nuruzadə - 18 yaş
Fərid Kərimzadə - 17 yaş
Komandadan gedənlər
Mirzağa Hüseynpur - 24 yaş
Uğur Pamuk - 24 yaş
Məhəmməd Mirzəbəyov - 23 yaş
Elşad Manafov - 22 yaş
Kamil Hüseynov - 22 yaş
Tərzin Cahangirov - 22 yaş
Rəhman Hacıyev - 20 yaş
Fanat.az