Türkiyəli siyasətçi Sinan Oğan Türkiyə Superkubok matçının Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təklif edib.
Fanat.Az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Oyunu ölkə xaricində keçirmək istəyirsinizsə, Xankəndi stadionunu təklif edirəm. Əks halda, bu final paytaxta yaraşar".
İlla yurt dışında oynamak istiyorsanız Hankendi stadyumunu öneririm. Aksi durumda ise bu final başkente yakışır… pic.twitter.com/rXzDrjB8fs
— Dr. Sinan Oğan (@DrSinanOgan) December 29, 2023
Qeyd edək ki, Türkiyə Superkubokunda dünən Səudiyyə Ərəbistanında keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" görüşü ləğv olunub. Buna səbəb ərəblərin Türkiyə himninin oxunmasına və komandaların Atatürkün fotosu olan köynəklərə məşqə çıxmasına icazə verməməsi olub.