2017-ci ildən "Mançester Siti"də çıxış edən ulduz yarımmüdafiəçi Bernardu Silva "şəhərlilər"lə müqaviləsini başa vurduqdan sonra karyerasını harada davam etdirəcəyinə qərar verib.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi “Benfika”ya keçmək istəyir.
Silvanın "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyununun sonunda başa çatır. Hazırda onun qiyməti 60 milyon avro qiymətləndirilir.
İngiltərə çempionatının bu mövsümündə Silva 15 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa