Transfer hüququ "Atletiko Madrid"ə məxsus olan "Barselona"nın hücumçusu Joau Feliks Avropanı tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Xəbərə görə, Kataloniya klubu 24 yaşlı futbolçunu birdəfəlik ala bilməyəcəyi halda, portuqaliyalı oyunçunun "B planı" var. Səudiyyə Ərəbistanı klubları Feliksi transfer etməkdə maraqlıdır.
Joaunun İspaniya nəhəngi ilə icarə müddəti 2024-cü ilin iyununun sonunda başa çatır. "Transfermarkt" portuqaliyalının dəyərini 40 milyon avro qiymətləndirir.
Hücumçu bu mövsüm La Liqada 15 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa