Tətili doğma Qrenoblda keçirən "Milan"ın fransalı ulduzu Olivye Jiru orada jurnalistlərin əhatəsinə düşüb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı forvard media nümayəndələri ilə söhbətində karyerasını bitirdikdən sonrakı planları barədə danışıb.
"Le Dauphine" Jirunun dediklərini belə çatdırıb: "Doğma dağlarıma qayıtmaqdan böyük məmnunluq duyuram. Mən xizək sürməyi çox sevirəm. Bu, karyeramı bitirdikdən sonra edəcəyim ilk iş olacaq, indi peşəkar futbolçulara xizək sürmək qadağandır”.
Qeyd edək ki, Jiru bu mövsüm A Seriyasında 15 oyuna çıxaraq 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa