Braziliyalı hücumçu Vaqner Lavın karyerasını davam etdirəcəyi klub müəyyənləşib.
Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, 39 yaşlı forvard Braziliyanın "Atletiko Qoyaniense" klubu ilə müqavilə imzalayıb.
Anlaşma 2024-cü ilin sonuna qədər nəzərdə tutulub.
"Atletiko" mövsümün sonunda B seriyasında 4-cü yeri tutaraq A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
Vaqner 2022-2023-cü illərdə B Seriyasında mübarizə aparan "Sport Recife"də çıxış edib. O, bu kollektivdə 61 oyunda forma geyərək 28 qola imza atıb.
Vaqner Lav Braziliya millisində 20 oyun keçirib və 4 qol vurub.
Mirağa