“Kəpəz”in çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində "Araz-Naxçıvan"la keçirəcəyi yoxlama oyunu ləğv edilib.
Fanat.Az xəbər verir ki, klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq.
Yoxlama görüşü üçün rəqib axtarışına çıxan komanda I Liqada çıxış edən "İmişli" ilə anlaşıb. Bu rəqiblə oyun yanvarın 15-də Gəncədə keçiriləcək.