İngiltərədə Premyer Liqanın iyirminci turu çərçivəsində "Liverpul" "Nyukasl"ı 4:2 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, bu, "sağsağanlar"ın mersisaydlara səfərdə qalib gələ bilmədiyi ardıcıl iyirmi səkkizinci matç olub.
Sonuncu dəfə "Nyukasl" "Enfild"də 1994-cü il aprelin 16-da qalib gəlib. O zaman sözügedən kollektiv iki cavabsız qol vurub.
Qalibiyyətsiz 28 səfər matçı seriyası Premyer Liqanın antirekordunun təkrarı olub. "Everton" da ardıcıl 28 səfər matçında "Çelsi"yə qalib gələ bilməyib.
Mirağa