Əfsanəvi italiyalı qapıçı Canluici Buffon futbol qapılarının ölçüsünə yenidən baxmağa çağırıb.
Fanat.Az xəbər verir ki, veteran qolkiper bu barədə təklifini “Tuttosport”a çatdırıb.
Maraqlıdır ki, o, bu qənaətə həyat yoldaşı ilə müzakirədən sonra gəldiyini bildirib. Buffonun əsas arqumenti budur ki, "çərçivə"nin hündürlüyü və eni 1875-ci ildə müəyyən edilib və bir əsr yarım ərzində dəyişməz qalıb: "Əsas səbəb odur ki, futbolu o vaxtdan tamamilə fərqli antropometrik göstəricilərə malik idmançılar oynayır. İndi artıq başqa ölçülər haqqında düşünmək olar".
Xatırladaq ki, əfsanəvi qapıçı “Parma”, “Yuventus” və PSJ-də çıxış edib və ötən yay karyerasını bitirib.
Mirağa