"Roma"nın ulduzu Paulo Dibala İtaliyadan ayrıla bilər.
Fanat.Az "Gazzetta dello Sport"-a istinadən xəbər verir ki, argentinalı hücumçunu Kriştianu Ronaldunun klubu "Əl-Nəsr" istəyir.
Səudiyyə Ərəbistanı təmsilçisi hücumda vaxtilə "Yuventus"da olduğu kimi, Ronaldu-Dibala tandemi yaratmağı hədəfləyir.
Dibalanın "Roma" ilə müqaviləsinə əsasən, onun satınalma məbləği 20 milyon avrodur. Lakin bu məbləğ İtaliya transfer bazarına aiddir. Xarici klublar cəmi 13 milyon ödəməklə futbolçunu əldə edə bilərlər.
Paulo Dibala "Roma"nın heyətində ümumilikdə 53 oyuna çıxaraq 22 qol vurub və 14 qol vurub. Baxmayaraq ki, tez-tez zədələnən futbolçu bu səbəbindən 28 oyunu buraxıb. Onun "Roma" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Mirağa