Hazırda "Union Berlin"də oynayan müdafiəçi Leonardo Bonuççii İtaliya çempionatına qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, 36 yaşlı oyunçu ilə "Cenoa" maraqlanır. Bonuççi də İtaliya millisinin məşqçilər korpusunun gözü qarşısında olmaq üçün vətənə qayıtmağa isti yanaşır. Təcrübəli mərkəz müdafiəçisi 2024-cü ildə keçiriləcək Avropa Çempionatı üçün "skuadra adzurra"nın heyətinə daxil ediləcəyinə ümid edir.
Leonardo "Union Berlin"ə ötən yayda azad agent kimi "Yuventus"dan keçib. Onun berlinlilərlə müqaviləsinin müddəti bir illikdir.
Bonuççi bu mövsüm 10 oyun keçirib və bir qol vurub.
Mirağa