"Mançester Yunayted" hücum xəttindəki sıxıntısını "Ştutqart"ın qoleadoru Seru Qirassinin sayəsində həll etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumarına görə, mankunianlılar futbolçunu yanvardakı transfer pəncərəsində almaq istəyir.
“Qırmızı şeytanlar” qvineyalı hücumçunun 17,5 milyon avroluq məvacibini ödəməyə hazırdır.
27 yaşlı Qirassi Bundesliqada bu mövsüm ən çox qol vuranlardan biridir. Forvard 14 matçda 17 qol (üçü penaltidən) vurub. "Transfermarkt" hücumçunun dəyərini 40 milyon avro qiymətləndirib. Tərəflər arasında hazırki müqaviləni müdəti 2026-cı ilin iyunun sonunda başa çatacaq.
Mirağa