Səudiyyə Ərəbistanı "Əl-İttihad"ında çıxış edən ulduz forvard Kərim Benzema Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, "Todofichajes" bu barədə məlumat yayıb.
Xəbərə görə, Fransanın "Olimpik Lion" klubu 36 yaşlı hücumçunu transfer etməkdə maraqlıdır. “Toxucular” Benzema transferini yay transfer pəncərəsində rəsmiləşdirməyi gözləyir.
Kərimin 2026-cı ilin iyun ayının sonuna qədər "Əl-İttihad" ilə müqaviləsi var. Hücumçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.
Benzema bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa