Anlaşmadan gözlədiyini ala bilməyən "Barselona" alman investorula qalmaqallı günlər yaşayır.
Fanat.Az EFF-ə istinadən xəbər verir ki, Almaniyanın “Libero” investisiya fondu "Barselona"ya məxsus holdinqin 9,8 faiz səhmini alıb və bunun müqabilində kluba 60 milyon avro ödəyəcəyini vəd edib.
Mənbə bildirir ki, iki tərəf arasında razılaşmaya baxmayaraq, “Libero” indiyə qədər Kataloniya nəhənginə vəd etdiyi 60 milyon avronun yalnız 20 milyonunu ödəyib.
Məlumat görə, son La Liqa çempionu ödənilməyən məbləğlə əlaqədar investor şirkəti məhkəməyə verməyi planlaşdırır.
Nahid Məmmədov