"Qalatasaray" "Çelsi"nin vingeri Hakim Ziyeşin icarə müqaviləsinə vaxtından əvvəl son qoymağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "Ntvspor" məlumat yayıb.
Mənbənin məlumatına görə, “aslanlar” futbolçunun oyunundan narazıdır. Onun icarə müqaviləsi yaya qədər qüvvədə olsa da, türk klubunun futbolçunu vaxtından əvvəl, başqa sözlə, yanvarda Londona qaytarmaq ehtimalı var.
Bu mövsüm 30 yaşlı mərakeşli bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa