"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leau karyerasında bənzəmək istədiyi futbolçular haqqında danışıb.
Fanat.Az xəbər verir ki, o, “Sky Sport Italia”-ya müsahibəsində kumirinin adını da açıqlayıb.
“Mənim kumirim Kriştianu Ronaldudur. Mən onun səviyyəsinə çata bilərəm, amma eqoist oyunçu deyiləm. Çoxlu qol vura bilərəm, amma daha yaxşı mövqedə olan komanda yoldaşım olsa, ona ötürmə verəcəm. Hazırda rəqəmlər önəmlidir, çünki Mbappe, Messi, Haland, Ronaldu daha yüksək səviyyədədirlər, rəqəmlər onlar üçün danışır. Ona görə də qarşıma ən yüksək məqsədlər qoymuşam. Bir gün mənim göstəricilərim də bu cür rəqəmlərlə ifadə olunacaq. Mütləq bu futbolçuların səviyyəsinə çatacağam”.
Bu mövsüm Rafael Leau "Milan"ın heyətində bütün yarışlarda 21 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.
Mirağa