Bu mövsüm qeyri-sabit təsir bağışlayan Türkiyənin “Beşiktaş” klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul klubu "Verona"nın 29 yaşlı müdafiəçisi Koray Günter üçün hərəkətə keçib.
Mənbənin məlumatına görə, bu mövsüm İtaliya təmsilçisində oynamaq şansı tapmayan Günter bu transferə müsbət yanaşır.
Qeyd edək ki, Günter 2014-2018-ci illər arasında "Qalatasaray"da çıxış edib.
Nahid Məmmədov