Hücummeyilli yarımmüdafiəçi Xavi Simons gələn mövsüm PSJ-də çıxış edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı İspaniya "Sport"-u yayıb.
Mənbənin məlumatına görə, Liqa 1 nəhəngi Simonsun növbəti futbol ili üçün planlarının bir hissəsi olacağına qərar verib.
Belə ki, Simonsun yenidən icarəyə verilməsi gözlənilmir. Hüquqları PSJ-yə məxsus ola 20 yaşlı futbolçu hazırda "Leypsiq" klubunda çıxış edir.
Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 25 rəsmi oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.
"Transfermarkt" Xavi Simonsu 70 milyon avro dəyərində qiymətləndirirlər.
Mirağa