“Yuventus”un sabiq qapıçısı Canluici Buffon mərc oyunlarını pozduğuna görə cəzalandırılan həmyerliləri Sandro Tonali və Nikolo Facolini müdafiə edib.
Fanat.Az xəbər verir ki, "Corriere della Sera" əfsanəvi qolkiperin sözlərini belə çatdırır:
"Bu, çox həssas məsələdir. Hesab edirəm ki, bunu cinayət hesab etmək və ayrı-seçkiliyə yol verməmək düzgün deyil. Mərc etmək özlüyündə cinayət deyil. Stadionlar və idman verilişləri bu cür proqram reklamları ilə doludur. Dövlət qumar oyunlarını təşviq edir".
Qeyd edək ki, Buffonun özü də 2004-2005-ci illər arasında "Yuventus"un beş oyununa mərc qoymaqda ittiham olunub.
Nahid Məmmədov