"Bayern Münhen"in hücumçusu Erik Şupo-Motinqlə bağlı son vəziyyətin nə yerdə olduğu açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ay "Mançester Yunayted"ə keçəcəyi deyilən 34 yaşlı kamerunlu ilə bağlı mövcud duruma jurnalist Kristian Falk şəxsi "X" hesabında aydınlıq gətirib.
Xəbərə görə, MY müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Erkin transferi üçün Almaniya nəhənginə rəsmi təklif göndərməyib. Mənbə "qırmızı şeytanlar"ın fikrindən daşındığını və Şupo-Motinqin yayda Səudiyyə Ərəbistanına yollanmaq ehtimalının daha böyük olduğunu vurğulayıb.
Qeyd edək ki, Şupo-Motinq cari mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 19 matça çıxaraq 3 qol vurub. O, ümumilikdə 520 dəqiqə oynayıb.