"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya La Liqasının 19-cu turunda "Malyorka"nın qapısına vurduğu qoldan danışıb.
Fanat.Az xəbər verir ki, matçın 78-ci dəqiqəsində Luka Modriçin künc zərbəsindən etdiyi ötürməni başla tamamlayan və komandasına minimal hesablı qələbə qazandıran Rüdiger fikirlərini "Kral klubu"nun rəsmi saytına bölüşüb:
"Boş zona tapmaq asan deyildi. Elə buna görə də qol vura bildiyim üçün şadam. Biz məşqlərdə bunun üzərində çalışmışdıq. Modriç çox yaxşı ötürmə verdi, topun trayektoriyasını izlədim və başla fərqləndim. Qol effektli alındı".
Qeyd edək ki, 19 tura 48 xal toplayan "Real" La Liqanın turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Kirona" şəxsi oyunların nəticəsinə görə 2-ci pillədə mövqe tutub.