2023-cü ilin ən yaxşı hakimlərini açıqlanıb.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, polşalı Şimon Martsinyak bütün rəqiblərini qabaqlayıb.
43 yaşlı ədalət təmsilçisi 175 xalla birinci pillədə mövqe tutubsa, italiyalı Daniele Orsato (95) ikinci, fransalı Klemen Turpin (64) üçüncü olub.