"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem İspaniya çempionatının 19-cu turunda "Malyorka" üzərində qazandıqları qələbəni (1:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Kral klubu"nun 20 yaşlı ulduzu sosial şəbəkə hesablarında belə yazıb:
"Ən yaxşı oyunumuzu sərgləyə bilməsək də, üç xal üç xaldır. Yeni iliniz mübarək, madridlilər!"
Xatırladaq ki, "Real"ın yeganə qolunu matçın 78-ci dəqiqəsində mərkəz müdafiəçisi Antonio Rüdiger vurub.