İngiltərənin "Arsenal" klubu son vaxtlar qeyri-sabit oyunla diqqət çəkən ukraynalı müdafiəçi Aleksandr Zinçenko ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "The Mirror" yayıb.
Mənbə "topçular"ın zəif oyunla yanaşı, zədə səbəbindən təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacaq Zinçenkonun yerinə yeni sol cinah müdafiəçisi axtardığını vurğulayıb. London təmsilçisinin maliyyə feyr-pleyini pozmamaq üçün qısamüddətli icarə variantlarına üstünlük verəcəyi bildirilib.
Öncəki iki matçda məğlub olan "Arsenal" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub. 40 xala malik paytaxt klubu lider "Liverpul"dan 5 xal geri qalır.