Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Şotlandiya "Reyncers"inin arxa xətt oyunçusu Ceyms Tavernye bütün rəqiblərini qabaqlayıb.
Tavernye ötən il 26 dəfə adını tabloya yazdırıb. 32 yaşlı futbolçu bu qollardan 14-ü penaltidən vurub.
Kuk adalarının "Vellinqton Olimpik" klubundan Benjamin Mata 21 qolla (17 penalti) ikinci, Çexiya "Sparta"sından Ladislav Kreyçiy 20 qolla (9 penalti) üçüncü olub.