Bir həftə öncə "Panatinaikos"a baş məşqçi təyin olunan Fatih Terim Afina təmsilçisindəki debüt oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, türk mütəxəssis Yunanıstan Super Liqasının 16-cı turunda autsayder "Yannina"nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"İlk növbədə burada olduğum üçün xoşbəxtəm. Oyunçuları çıxışlarına görə təbrik edirəm. Yaxşı başladıq və hər növbəti matçda daha güclü olacağıq. Qısa müddətdir ki, buradayam. Qol vurmaq üçün çalışdıq və istədiyimizə nail olduq. Vacib 3 xal qazandıq. "Panatinaikos" azarkeşləri bu axşam sevinməlidirlər. Güclənərək yolumuza davam edəcəyik".
Qeyd edək ki, 37 xala malik "Panatinaikos" Super Liqanın turnir cədvəlində 2-ci pillədədir. Terimin komandası lider PAOK-dan 1 xal geri qalır.