“Yuventus”un sabiq qapıçısı Canluici Buffon qapı dirəklərinin daha hündür olması ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, “Tuttosport” əfsanəvi qolkiperin sözlərini belə çatdırıb:
"1998-ci ildə işə başlayanda A Seriyasının beş ən hündür oyunçularından biri idim. O vaxt qapı dirəkləri çox hündür idi. Voleybolda belə, torun hündürlüyündən danışılır. Voleybol oynayan iki bacım olduğu üçün problemi bilirəm. Servis demək olar ki, tennisdəki kimi həlledici olur. Onu da demək lazımdır ki, qapıçılar daha ucaboydurlar, amma meydança oyunçularının zərbələri daha sürətli, gözlənilməz və güclüdür. Otuz il əvvəl qapıya vurulan hər 50 zərbədən 10-u qol olurdu. Bu gün üç qol vurursansa, bu, çox böyük şeydir. Uzaqdan isə iki metrlik qapıçıya qol vurmaq daha çətindir”.
Qeyd edək ki, son klubu “Parma” olan Buffon ötən yay karyerasını bitirib.
Nahid Məmmədov