"Mançester Siti"nin qapıçısı Zak Steffen karyerasını MLS-də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 28 yaşlı qolkiper "Kolorado"ya keçib.
Məlumatı ABŞ klubunun mətbuat xidməti yayıb. Amerikalı futbolçu ilə 3 illik müqaviləyə imza atıb.
Steffen 2019-cu ilin yayından "Mançester Siti"də çıxış edirdi. O, indiyədək "şəhərlilər"lə 21 oyuna çıxıb.