“Xəzər Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsində “Slima” ilə bu gün Maltada keçirəcəyi oyun üçün start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Con Toşak komandanı meydana 4-5-1 taktiki sxemi ilə çıxaracaq.
Qapını Toni Doblasa tapşıran uelsli mütəxəssis müdafiənin mərkəzində Alvaro Silva ilə Adrian Skarlatakeni oynadacaq. Müdafiənin solunda Radomir Todorov, sağında Elnur Allahverdiyev yer alacaq.
Vanderson Skarduelli yarımmüdafiənin sol, Sadio Tounkara sağ cinahına cavabdeh olacaq. Dayaq yarımmüdafiəçisi funksiyasını Marin Orsuliçlə Elnur Abdullayev icra edəcək.
Toşakın əsas qol ümidləri isə AZAL-dan gələn legionerlərdi.
Belə ki, oyun qurucusu funksiyasını yerinə yetirəcək mərakeşli Zohair Benouahi ön xətdəki yeganə hücumçu, braziliyalı Junior Nildoya yardımçı olacaq.
İdman24.az