“Milan”ın yarımmüdafiəçisi Rada Kruniç karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, “Fənərbağça” İtaliya klubuna bununla bağlı təklif göndərib.
Türklərin 30 yaşlı Kruniç üçün "rossoneri"yə 4 milyon avro təklif etdiyi bildirilir. Milanlılar hələ yarımmüdafiəçinin transferinə razılıq verməyiblər, lakin danışıqlar davam edir.
Rada Kruniç bu mövsüm "Milan"ın heyətində 14 matça çıxıb və heç nə ilə yadda qalmayıb.
Mirağa