Misli Premyer Liqasının ilk dövrəsində uğurlu çıxışı ilə diqqət çəkən debütant "Araz Naxçıvan" mövsümün qalan hissəsinə Bakıda hazırlaşır. Muxtar Respublika təmsilçisinin yarımmüdafiəçisi Vadim Abdullayevlə əlaqə saxlayıb təlim-məşq toplanışı barədə fikirlərini öyrəndik.
Abdullayevin Fanat.Az-a açıqlaması belə oldu:
"Hər şey qaydasındadır. Zədəli oyunçularımız yoxdur. Ayın 5-dən yığılmışıq. Bəzi yoldaşlar da bu gündən gəlib. İlk bir neçə gün Bakıda, daha sonra Qəbələdə məşqlər olacaq. "Qarabağ" la oyuna hazırlaşırıq. Çalışacağıq ki, mövsümü yüksək yerlərdə bitirək. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq. Komandada motivasiya yüksək səviyyədədir. Hər bir futbolçu öz karyerasına və klubun adına görə əlindən gələnin ən yaxşısını etməlidir. Ümid edirəm ki, bu əziyyətlərin bəhrəsini görəcəyik ".
Nahid Məmmədov