Səudiyyə Ərəbistanı klubları bu qış transfer bazarında ulduzlar üçün sağa-sola pul xərcləyə bilməyəcək.
Fanat.Az AS-a istinadən xəbər verir ki, ölkənin dörd ən böyük klubunu - "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Əhli"ni maliyyələşdirən Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) qış transfer pəncərəsi üçün xərclərə məhdudiyyətlər qoyub.
Mənbənin məlumatına görə, eyni zamanda, klublar əvvəlki kimi müqavilələr bağlaya biləcək, lakin onları özləri maliyyələşdirməli olacaqlar.
Qeyd edək ki, "Əl-Hilal" qış fasiləsinə lider yollanıb. İkinci pillədə qərarlaşan Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" liderdən 7 xal geri qalır.
Səudiyyə Ərəbistanı çempionatı fevralın 15-dən davam etdiriləcək.
Mirağa