"Zirə"nin ukraynalı hücumçusu Valdislav Kulaç "qartallar"dan ayrıldığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ukraynalı forvardın dediklərini "Sport.ua" belə çatdırıb:
"Zirə" ilə müqaviləmin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalının azad agentə çevrildiyim barədə informasiya yaymasının səbəbini başa düşə bilmirəm. Hazırda "Zirə"nin futbolçusuyam, haqqımda yazılanlar isə doğru deyil. İndi nəzəri məşğələyə getdiyim üçün uzun danışa bilməyəcəm".