Əfsanəvi braziliyalı futbolçu və məşqçi Mario Zaqallonun vəfatı ilə bağlı sözügedən ölkədə üç günlük matəm elan edib.
Fanat.Az xəbər verir ki, Braziliya prezidenti Lula da Silva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Əbədi Mario Xorxe Lobo Zaqallonun xatirəsinə ölkədə üç günlük rəsmi matəm elan edilib".
Qeyd edək ki, ötən gün 92 yaşında vəfat edən Zaqallo dörd dəfə dünya çempionu olub: iki dəfə futbolçu (1958, 1962), sonra isə məşqçi kimi (1970, 1994).
Mirağa