İtaliyanın "Fiorentina" klubunun baş direktoru Co Barone "bənövşəyilər"in 32 yaşlı hücumçu Lorentso İnsinyeni heyətə qatacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skira onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Xeyr, bu doğru məlumat deyil. İnsinyenin transferini planlaşdırmırıq".
Qeyd edək ki, İnsinye hazırda MLS liqasında çıxış edən "Toronto"nun formasını geynir. O, Kanada təmsilçisinə 2022-ci ilin yayında "Napoli"dən transfer olunub.