Keçmiş italyan futbolçu Rosolino Selesiya Palermoda (İtaliya) gecə klublarından birində güllələnib.
Fanat.Az xəbər verir ki, bu barədə "Lunione Sarda" məlumat yayıb.
Xəbərə görə, 22 yaşlı Selesiya bir neçə gün davam edən mübahisədən sonra iki qardaş (17 və 22 yaşlı) tərəfindən öldürülüb. Gənclər arasında münaqişə gecə klubunda yaranıb. Ona boyun və döş nahiyəsindən üç atəş açılıb.
Artıq "Torino" klubunun mətbuat xidməti də bəyanat yayaraq Selesiyanın ailəsinə və yaxınlarına başsağlığı verib.
Rosolino Selesiya Turin klubunun gənclər komandalarında oynayıb, lakin karyerasını erkən bitirib.
Mirağa