"Zirə"nin yeni transferi Rafael Utziq artıq Bakıdadır.
Fanat.Az xəbər verir ki, cari mövsümün ilk yarısını Cənubi Koreyanın "Çunqnam Asan" klubunda keçirən braziliyalı artıq ilk məşqini etməyə də imkan tapıb.
Utziq bu gün səhər saatlarında trenajor zalında çalışıb.
Xatırladaq ki, sözügedən oyunçu ötən ilin yayında "Qəbələ"dən ayrılaraq azad agent qismində "Çunqnam Asan"a qoşulmuşdu.